Rusiyada VRT300 pilotsuz helikopter sınaqdan keçirildi

0
271

VRT300 sinifinin pilotsuz helikopteri bu ilin üçüncü rübünün sonuna qədər zavod uçuş sınaqlarına başladı.
Bu barədə “Rusiya vertolyotları” holdingin direktoru Andrey Boginski “MAKS 2019” aviasərgisində məlumat verdi.
“Bizim törəmə şirkətimiz “BP-texnoloji” mülki pilotsuz uçuş aparatlarını inkişaf etdirir. Bu VRT300 helikopteridir. Üçüncü rübdə uçuş testləri mərhələsinə başladılıb.” – “Rusiya vertolyotları” holdingin direktoru Andrey Boginski qeyd etdi.
Onun sözlərinə görə, pilotsuz helikopterlərin yaradılması istiqamətində, idarəetmə sistemini dəyişdirmək və çəkinin azaldılması ilə məşğul olmaq lazımdır.