Moskvada uşaqların iştirakı ilə baş verən qəzaların 20%-i həyətlərdə baş verir

0
374

Moskvada uşaqların iştirakı ilə baş verən yol qəzalarının beşdə biri (təxminən 20%) həyətlərdə baş verir.
Bunu jurnalistlərə açıqlamasında Moskva şəhəri üzrə Nəqliyyatın İdarəetmə Mərkəzinin direktor müavini Aleksandr Xodakov deyib.
“İlin əvvəlindən 16 yaşına çatmamış uşaqların iştirakı ilə 439 qəza baş verib, 474 uşaq xəsarət alıb, iki uşaq dünyasını dəyişib. Uşaqların iştirakı ilə baş verən qəzaların 20% -nin həyətyanı ərazilərdə baş verdiyini də qeyd etmək lazımdır”, – Nəqliyyatın İdarəetmə Mərkəzinin direktor müavini Aleksandr Xodakov bildirdi.
Xodakov, uşaqlarla baş verən qəzaların ötən ilə nisbətən azalma tendensiyasını da vurğuladı.