ABŞ vitse-prezidenti Rusiyanı ittiham etdi

0
257

ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiyanı Vaşinqton-Varşava tərəfdaşlığını pozmaq istəyində ittiham edib. Bunu Mayk Pens Polşa prezidenti Andjey Duda ilə keçirdiyi mətbuat konfransında deyib.
“Əslində Moskva öz qaz və neft ehtiyatlarından istifadə edərək ittifaqımızı məhv etmək istəyir. Lakin Polşa enerji təhlükəsizliyi və müstəqilliyi təşviq etmək üçün həmişə bizim kimi möhkəm bir mövqe tutdu. Avropadakı və dünyadakı seçkilərə müdaxilə cəhdlərini nəzərə alaraq, Rusiyanın atdığı niyyət və addımlar üzərində ayıq-sayıq olmalıyıq” – ABŞ vitse-prezidenti qeyd etdi.
Bununla belə, Amerika vitse-prezidenti Rusiyanın heçnə bacarmayacağına inandıqlarını vurğulayıb.
“Təxribatlara baxmayaraq, Polşa və ABŞ heç vaxt bölünməyəcək, çünki biz yalnız müttəfiq deyilik, biz ailəyik” – Mayk Pens əlavə etdi.