Lavrov fransalı həmkarı ilə RT və Sputnik ətrafındakı vəziyyəti müzakirə etdi

0
174

Rusiya xarici işlər naziri Sergey Lavrov, RT və Sputnik ilə əlaqəli vəziyyəti Fransa xarici işlər naziri Jan-İv Le Drian ilə müzakirə etdiyini və Rusiya mediasına qarşı ayrıseçkiliyin yolverilməz olduğunu bildirdi.
“Vəziyyət o qədər də ürəkaçan deyil, mənə düzgün məlumat verilibsə, son iki gündə heç bir şey baş verməyibsə, o zaman RT France və Sputnik-in Parisdəki müxbirləri Yelisey sarayına akkreditasiyadan məhrum edilib. Mən bu məsələni Vladimir Putinin Fransaya səfəri zamanı qaldırdım, Fransa Respublikasının Xarici İşlər Naziri və Emmanuel Makronun xarici siyasət müşaviri ayrıca söhbət etdim. Mən təsdiq etdim ki, jurnalistlərə qarşı belə münasibət bütün sivil davranış normalarına, o cümlədən ATƏT-də dəfələrlə qəbul olunmuş bütün razılaşmalara ziddir” – Lavrov Moskva Dövlət Universitetinin Beynəlxal Münasibətlər Fakültəsinin tələbələri qarşısında çıxış edərkən bildirdi.
Rusiyalı nazir xatırladıb ki, ATƏT-in qaydalarına əsasən, istənilən təşkilatın vətəndaşları həm ölkə daxilində, həm də xaricdə məlumat əldə etmək hüququna malikdirlər.
Lavrov Rusiyanın Fransa və digər Qərb ölkələrində Rusiya mediasına qarşı ayrıseçkilik məsələsini Avropa Şurası və ATƏT qarşısında qaldırdığını da qeyd etdi.