Putin Vyetnam Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

0
229

Rusiya Prezidenti Vladimir Putin Vyetnam Prezidenti Nguyen fu Jonga respublikanın müstəqilliyinin 74-cü ildönümü münasibətilə təbrik teleqramı göndərdi. Rusiya lideri təbrik teleqramında ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“Rusiya dövlət başçısı Rusiyanın Vyetnamda, həmçinin Vyetnamın Rusiyada həyata keçirilən tədbirlərin, ikitərəfli əlaqələrin bütün sahələrini iki ölkənin dost xalqlarının rifahı naminə daha da gücləndirəcəyinə əminliyini bildirdi.” – Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Putin, eyni zamanda, Rusiya-Vyetnam münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini, iki ölkə arasında bütün səviyyələrdə qurulan konstruktiv siyasi dialoqun, eləcə də müxtəlif sahələrdə səmərəli əməkdaşlığın yüksək qiymətləndirildiyini bildirdi.