Rusiya Finlandiya üzərində müşahidə uçuşu həyata keçirəcək

0
241

Rusiya Sentyabrın 2-dən 6-dək beynəlxalq Açıq Səma Müqaviləsi çərçivəsində Finlandiya ərazisi üzərində müşahidə uçuşu həyata keçirəcək.
ABŞ və Çexiya isə müvafiq olaraq Rusiya üzərində uçacaq. Bu barədə Silahlı Qüvvələrin “Krasnaya Zvezda” məlumat verdi.
“Beynəlxalq Açıq Səma Müqaviləsinin icrası çərçivəsində Rusiya Federasiyası, Finlandiya ərazisindən An-30B təyyarəsində müşahidə uçuşu həyata keçirməyi planlaşdırır.” – “Krasnaya Zvezda” qazetində verilən məlumatda deyilir.
Məlumata əsasən, Finlandiya üzərindən uçuş sentyabrın 2-dən 6-dək Helsinki-Vantaa açıq aerodromundan həyata keçiriləcək. Uçuşun maksimum məsafəsi 1400 kilometr təşkil edəcək.