Rusiya və Türkiyənin nazirləri sosial təhlükəsizlik sazişini müzakirə etdilər

0
140

Yaponiyanın Matsuyama şəhərində Rusiya ilə Türkiyə arasında sosial təhlükəsizlik müqaviləsinin hazırlanması iki ölkənin əmək naziri Maksim Topilin və Zehra Selçuk tərəfindən müzakirə edildi.
Bu barədə Rusiya Əmək Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Müqavilədə sığorta pensiyaları, analıqla əlaqədar müavinətlər, istehsalat qəzaları ilə əlaqədar təminat və digər sosial müavinətlər haqqında məsələlər yer alacaq” – Rusiya Əmək Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Məlumata əsasən, Rusiya ilə Türkiyə arasındakı sosial təhlükəsizlik sazişinin mütənasib bir prinsipə əsaslanaraq, hər iki ölkənin vətəndaşlarına şamil edilməsi planlaşdırılır.
Qeyd edək ki, Yaponiyanın Mutsıyama şəhərində G20 ölkə nazirlərinin sammiti keçirilir.