Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın İdlibdəki əməliyyatını tənqid etdi

0
175

ABŞ-ın Suriyanın İdlib bölgəsindəki əməliyyatı səssizliyi pozdu. Baş tutan əməliyyat Suriya hökumət qüvvələrinin terrorçulara atəş açmasına səbəb oldu.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
Diplomatların sözlərinə görə, əməliyyat ərəfəsində ABŞ Dövlət katibi Mayk Pompeo ilə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Pedersen arasındakı danışıqların hesabatını hazırlayıb.
“Hesabatda Pompeo “Əsəd rejimi və müttəfiqlərinin İdlibdəki mülki şəxslərə, humanitar obyektlərə və infrastruktura hücumlarının dəhşətli nəticələrindən narahatlığını ifadə etdi və atəşkəsin dərhal bərpa edilməsinin vacibliyini vurğuladı.” – Rusiya xarici işlər nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, avqustun 31-də Birləşmiş Ştatlar İdlib bölgəsində Əl-Qaidə terrorçularının mövqelərinə hücum etdiyini bildirib.