Putin Moldova prezidenti ilə görüşəcək

0
323

Rusiya prezidenti Vladimir Putin şənbə günü moldovalı həmkarı İqor Dodonla danışıqlar aparacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Sentyabrın 7-də Vladimir Putin və İqor Dodon arasında görüşün baş tutacağı gözlənilir” – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirdi.
Qeyd edək ki, bir müddət öncə Moldova prezidenti İqor Dododn Putinlə görüşəcəyini deyib. Onun sözlərinə görə, qazla bağlı son qərar verilməlidir ki, istehlakçılar üçün tariflərdə artım olmasın. Dodon, xüsusən qış və yeni istilik mövsümünün yaxınlaşdığını nəzərə alaraq, bu məsələnin əsas əhəmiyyət kəsb etdiyini qeyd edib.