Putin Rusiyanın Monqolustan ilə strateji tərəfdaşlıq qurmaq istəyini bəyan etdi

0
158

Rusiya Prezidenti Vladimir Putin, Xalxin Hol üzərində Qələbənin 80 illiyi münasibətilə təşkil edilən ziyafətdə Monqol xalqını bu mühüm tarix münasibətilə təbrik etdi və Rusiyanın Monqolustanla dostluq əlaqələri olması üçün hər şeyi edəcəyini vəd etdi.
“Monqolustanla qonşuluq münasibətlərini yüksək qiymətləndiririk. Rusiya-Monqol qarşılıqlı əlaqəsi müxtəlif sahələri əhatə edərək durmadan inkişaf edir. Bu bugünkü danışıqlar zamanı təsdiqləndi.”-  Vladimir Putin bildirdi.
Qeyd edək ki, 2019-cu ilin payızında, Xalxin Holda sovet və monqol qoşunlarının yaponlarla döyüşdə qələbə qazanmasından 80 il ötür. Bu döyüşə marşal Georgi Jukov başçılıq edib.