Putinin Monqolustan səfəri başlayır

0
217

Rusiya prezidenti Vladimir Putinin Monqolustana rəsmi səfərə başlayır.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verdi.
“Prezidentimizin sentyabrın 3-də Monqolustana səfəri Xalxin Qol çayı üzərində gedən döyüşlərdə qələbənin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etməyə həsr edilib” – Yuri Uşakov qeyd etdi.
Putinin Monqolustana gecə radələrində gəldi yi bildirilir. Rəsmi səfərin əsas proqramı sentyabrın 3-nə nəzərdə tutulub.
Qeyd edək ki, 2019-cu ilin payızında Sovet və Monqol qoşunlarının Xalxin Holda yaponlarla döyüşdə qazandığının 80-ci ildönümü qeyd olunacaq.