Putin və Modi “Zvezda” gəmiqayırma kompleksinin işi ilə tanış olublar

0
320

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Zvezda gəmiqayırma kompleksinə gəllib.
Ölkə liderləri burada istehsalın modernləşdirilməsinin gedişi və bir sıra perspektivli gəmilərlə tanış oldular.
Rosneft rəhbəri qonaqlara kompleksdə istehsal ediləcək gəmilərin sxemini göstərdi. Modiyə Rusiya prezidentinin özü tərəfindən izahatlar verilib.
“Zvezda” xaricdə sifariş olulan hər növ və ölçüdə gəmilərin istehsalı üçün sifarişləri yerinə yetirə bilər. Şirkət həmçinin ticarət yük gəmiləri, dəniz platformaları, donanmaya xidmət edən gəmilər, xüsusi tankerlər və qaz daşıyıcıları istehsal edə bilir.
Qeyd edək ki, 3-6 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu keçiriləcək.
Hindistanın Baş naziri Vladimir Putinin dəvəti ilə Rusiyaya gəlib.