Rusiya BMT Təhlükəsizlik Şurasında KXDR məsələsini qaldırmayacaq

0
218

Rusiya BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Şimali Koreya məsələsini qaldırmağı planlaşdırmır.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya məlumat verdi.
“Sentyabr ayının iş proqramına əsasən, Şimali Koreya haqqında müzakirələrə heç bir istək yoxdur. Qeyri-rəsmi müzakirələrimiz zamanı heç kim bu məsələni qaldırmayıb” – Vasiliy Nebenzya mətbuat konfransı zamanı qeyd etdi.
Qeyd edək ki, sentyabrın 9-dan etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik bir sy müddətimə Rusiyaya keçəcək.
Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.