Rusiya, İran və Türkiyənin Suriya ilə bağlı zirvə görüşünün tarixi müəyyənləşib

0
287

Rusiya, İran və Türkiyənin Suriya ilə bağlı zirvə toplantısının tarixi müəyyənləşib.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.
Prezidentin köməkçisi Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda jurnalistlərin sammitlə bağlı suallarını cavablayıb.
“Bəli, Rusiya, İran və Türkiyənin Suriya ilə bağlı keçiriləcək növbəti sammitin tarixi bəllidir, lakin hələlik bu barədə heçnə deməyəcəm” – Yuri İşakov bildirdi.
Suriya üzrə “astana üçlüyü”nün növbəti sammiti Türkiyə keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, 3-6 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu keçiriləcək.