Rusiya və Hindistan gömrük sahəsində əməkdaşlıq müqaviləsi imzaladı

0
347

Rusiya və Hindistan gömrük xidmətləri Şərq İqtisadi Forumunda gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində 2019-2022-ci illər üçün qarşılıqlı fəaliyyət planını imzaladılar.
Bu barədə Rusiya Federal Gömrük Xidmətindən məlumat verildi.
Plan Rusiya Federal Gömrük Xidməti və Hindistan Maliyyə Nazirliyinin Dolayı Vergilər və Gömrük Baş İdarəsi tərəfindən həyata keçiriləcək. Sənədi Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin və Hindistanın Rusiya Federasiyasındakı səfiri Datla Bala Venkateş Varma imzaladılar.
Qeyd edək ki, planda gömrük hüquqpozmalarının aşkarlanması və qarşısının alınması, o cümlədən narkotiklərin qaçaqmalçılığı ilə mübarizə çərçivəsində, qadağan olunmuş və məhdudlaşdırılan malların yayılması və maraq doğuran məlumat mübadiləsi nəzərdə tutulur.