Rusiya və Hindistan liderləri Vladivostokda bir araya gəldilər

0
184

Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq Federal Universitetinin ərazisindəki Russkiy adasında Hindistanın Baş naziri Narendra Modini qarşıladı.
Rəhbərlər bir-birlərini səmimi qarşılayaraq, sahildə bir az söhbət etdilər.
Hindistanın Baş naziri Narendra Modi bu gecə Vladivostoka gəldi.
O, Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdədir.
Qeyd edək ki, 3-6 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu keçiriləcək.