Şoyqu:Rusiya ilə Çin arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur

0
160

Rusiya ilə Çin arasındakı münasibətlər iki dövlət rəhbərlərinin sayəsində müdafiə sahəsi də daxil olmaqla yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bunu Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yus ilə görüşdə deyib.
“Çin Rusiyanın dünya səhnəsindəki əsas strateji tərəfdaşıdır. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edirik. Rusiya və Çin liderlərinin səyi nəticəsində bu gün münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyuruq” – Sergey Şoyqu bildirdi.
Onun sözlərinə görə, mütəmadi olaraq birgə əməliyyat və döyüş hazırlığı tədbirləri keçirilir, ümumi heyət, silahlı qüvvələrin şöbələri və hərbi şöbələr, hərbi komanda və nəzarət orqanları, sərhəd rayonları və hərbi məktəblər arasında əlaqə qurulur.