Putin ABŞ prezidentinə Rusiyadan hipersəsli silah almağı təklif etdi

0
145

Vladimir Putin ABŞ prezidentinə Rusiyadan hipersəsli silah almağı təklif etdiyini söylədi. Bu barədə Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
Onun sözlərinə görə, Osakada keçirilən görüşdə müasir Rusiya silahlarının, o cümlədən hipersəsli raket sistemlərinin, ümumi razılaşmalarda necə nəzərə alınması məsələsi qaldırıldı. Belə ki bu günə qədər dünyanın heç bir ölkəsində belə silahlar yoxdur.
“Donalda dedim ki: satmağımızı istəyirsən? Beləliklə, bu şəkildə hər şey tarazlaşdırılacaq. Düzdür, onlar dedilər ki, tezliklə özləri istehsal edəcəklər, yəqin ki, tezliklə istehsal edərlər. Amma nə üçün artıq pul xərcləsinlər ki? Biz artıq xərcləmişik. Təhlükəsizliyimizə zərər vermədən, tarazlıq vəziyyətini yaratmaq məqsədi ilə onlara silah sata bilərik.” – Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirdi.
Rusiya lideri Moskvanın bu dialoqa hazır olduğunu, lakin hələ Vaşinqtondan dəqiq cavab almadığını vurğuladı.