Putin Yaponiyanın Baş naziri ilə bir araya gəldi

0
198

Moskva ilə Tokio arasında ikitərəfli münasibətlər sabit və dinamik inkişaf edir
Bunu Vladimir Putin sentyabrın 5-i Şərq İqtisadi Forumu çərçivəsində Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşdə deyib.
Danışıqlar başlamazdan əvvəl Putin Tokio ilə dialoqu alqışladığını və ikitərəfli əlaqələrin inkişafındakı gələcək addımları müzakirə etmək istədiyini söylədi.
“Onu da qeyd etmək istərdim ki, Osaka şəhərində iki ay əvvəl əldə olunmuş razılaşmalarımız da daxil olmaqla, bütün layihələrimiz reallaşacaq” – Rusiya prezidentin bildirdi.
Rusiya lideri, həmçinin Şərq İqtisadi Forumuna gələn Yaponiyanın 500-dən çox məmur və iş adamlarından ibarət olan nümayəndə heyyətini də qeyd etdi.
Öz növbəsində Şinzo Abe danışıqlardan əvvəl ikitərəfli münasibətlər, o cümlədən sülh müqaviləsi problemini müzakirə etmək istədiyini söylədi.
Bundan əlavə, Yaponiyanın Baş naziri Yaponların Kuril adalarında əcdadlarının dəfn yerlərinə ziyarətləri ilə bağlı razılaşmaların müvəffəqiyyətlə yerinə yetirildiyini qeyd etdi.
Qeyd edək ki, sentyabrın 4-də Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu öz işinə başlayıb.