Rusiya və Çin ağır helikopterin hazırlanmasına dair müqavilə bağladı

0
178

Rusiya və Çin ağır helikopterin hazırlanması üçün müqavilə sənədlərini imzalayıb.
Bunu RİA Novosti-yə müsahibəsində “Rostec” dövlət korporasiyasının aviasiya klasterinin sənaye direktoru Anatoli Serdyukov söyləyib.
“Rusiya Helikopterləri” və “Avicopter” həqiqətən ağır helikopterin hazırlanması müqaviləsi ilə bağlı danışıqları başa çatdırdılar və bütün müqavilə sənədləri ilə razılaşdılar. İndi müqavilə Çin Xalq Respublikası hökuməti tərəfindən təsdiq edilməkdədir. Tezliklə imzalayacağını gözləyirik. ” – “Rostec” dövlət korporasiyasının aviasiya klasterinin sənaye direktoru Anatoli Serdyukov bildirdi.
Xatırladaq ki, bir müddət öncə “Rusiya Helikopterləri” şirkətinin baş direktoru Andrey Boginski Rusiya və Çin tərəfindən ağır helikopterin birgə yaradılması ilə bağlı son qərarın ilin sonuna qədər veriləcəyinə ümid etdiyini bildirib.