“ŞİF-2019”-da Putin və Viktor Medvedçukun görüşü başladı

0
237

Rusiya Prezidenti Vladimir Putinin Şərq İqtisadi Forumunda Ukraynanın “Müxalifət Platforması – Həyat üçün” pariyası Siyasi Şurasının rəhbəri Viktor Medvedçuk ilə görüşü başladı.
Görüş Şərq İqtisadi Forumu çərçivəsində keçirilən plenar iclasdan sonra baş tutub.
Xatırladaq ki, bir müddət öncə Ukraynanın “Müxalifət Platforması – Həyat üçün” pariyası Siyasi Şurasının rəhbəri Viktor Medvedçuk, Şərq İqtisadi Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək istədiyini söylədi.
Onun sözlərinə görə belə bir görüşün olma ehtimalı Rusiya liderindən asılı olacaq.
Qeyd edək ki, sentyabrın 3-də Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu öz işinə başlayıb.