Vladimir Putin: Rusiya G8-in bərpasının əleyhinə deyil

0
301

Vladivostok şəhərində keçirilən V Şərq İqtisadi Forumunda çıxış edən Vladimir  Putin bildirib ki, Rusiya “Böyük səkkizlik”in (G8) bərpasının əleyhinə deyil.
Putin vaxtilə G8 ölkələrinin növbəti görüşünün Rusiyada keçirilməli olduğunu xatırladıb.
“Əgər bizim tərəfdaşlarımız Rusiyaya təşrif buyurmaq istəsələr, biz bundan şad olarıq. Əgər onlar “Böyük səkkizlik”i bərpa etmək istəyirsə, buyursunlar. Biz hər hansı əməkdaşlıq formatından imtina etmirik”, – Rusiya prezidenti vurğulayıb.
Qeyd edək ki, G8 ölkələrinin sammiti 2014-cü ilin iyun ayında Soçidə keçirilməli idi. Ukraynada baş verən hadisələrdən “Böyük yeddilik”in liderləri bu görüşü təxirə salıblar. Bu ilin avqust ayının sonunda Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderlərinin Fransada görüşü keçirilib. Həmin sammitdə Rusiyanın bu formata qayıdışı məsələsinə toxunulub.