Zaxarova: ABŞ mütəmadi olaraq Çin və Rusiyaya müdaxilə edir

0
255

ABŞ Çin və Rusiyanın daxili işlərinə daim müdaxilə edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində gənc diplomatlarla görüşdə deyib.
“Müxtəlif texnoloji imkanlardan istifadə edərək baş tutan müdaxiləni mütəmadi olaraq müxtəlif fəaliyyət dərəcələri ilə müşahidə edirik. Bu barədə daim danışırıq, Çin ilə əlaqədar oxşar mənzərəni görürük. ABŞ-ın Çinin daxili işi olsa da, bəyanat verə biləcəyini düşünür” – Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində gənc diplomatlarla görüşdə qeyd etdi.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə etdi ki, bu vəziyyətdə Rusiya və Çin kiminsə daxili işlərinə qarışan birinin yolverilməzliyi barədə prinsipial mövqe tutmalıdırlar.