Rus iş adamı “Mercedes”i almaq istəyir

0
205

Rusiyalı iş adamı Dmitri Mazepin və amarikalı milyarder Rocer Penske “Formula 1″də çıxış edən “Mercedes” komandasını almaq istəyir.

“Report” “Auto Bild”ə istinadən xəbər verir ki, hələlik Almaniya təmsilçisinin 2021-ci ildə qüvvəyə minəcək yeni razılaşma müqaviləsini imzalayıb-imzalamayacağı məlum deyil. Deyilənə görə, layiqli alıcı olacağı təqdirdə, komanda satışa çıxarıla bilər.

Qeyd edək ki, geridə qalan altı mövsüm ərzində “Mercedes” həm fərdi yarışlarda (5 dəfə Lüis Hemilton, 1 dəfə Niko Rosberq) həm də Konstruktorlar Kubokunda çempion olub.