Səkkizinci Rusiya-Türkiyə patrulu Suriyada başlayır.

0
212

Rusiya hərbi polisi və Türkiyə hərbçiləri Suriyanın şimal-qərbində səkkizinci müştərək patrul yoxlaması aparır. Bu barədə Rusiya Müdafiə Nazirliyinin bazar ertəsi yaydığı bəyanatda bildirilir.
“Noyabrın 18-də Kobani kəndindən bir neçə kilometr şimalda yerləşən sərhəd bölgəsində Rusiya hərbi polisi və Türkiyə Silahlı Qüvvələrinin səkkizinci birgə patrulu işə başladı. Hava patrulu xidməti, Rusiya Hərbi Hava Qüvvələrinin helikopter qrupları tərəfindən həyata keçirilir” deyə açıqlamada bildirilib.

Birgə patrul xidməti Aişişar kəndinin gömrük keçid məntəqəsindən başlayan marşrut boyunca aparılır.

Patrulda səkkiz ədəd hərbi texnika – Rusiya hərbi polisinin Tiger və Tayfun zirehli maşınları və Türkiyə sərhəd xidmətinin Kirpi zirehli texnikaları, habelə hər iki dövlətin 50-yə yaxın hərbi qulluqçusu iştirak edir.