Putinlə Makron Ukraynanı müzakirə etdi

0
148
Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı dekabrın 9-na planlaşdırılan “Normand formatı” sammiti ərəfəsində Ukraynadakı vəziyyət müzakirə edilib.
“Əsas diqqət Parisdə keçirilməsi planlaşdırılan sammitə hazırlıq nəzərə alınmaqla, Ukraynada vəziyyətə ayrılıb”, – Kremlin yaydığı məlumatda qeyd olunub.
Rusiya və Fransa prezidentləri hesab edirlər ki, sammit Minsk sazişinin tezliklə reallaşmasına xidmət etməlidir.