Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10 milyard dollar investisiya qoyub

0
136

2019-cu ilin sentyabr ayında Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları artırıb. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, müvafiq ayın sonuna sözügedən göstərici 10,075 mlrd. dollar təşkil edib. İnvestisiyaların 3,066 mlrd. dolları uzunmüddətli, 7,009 mlrd. dolları isə qısamüddətli istiqrazlara qoyulub.