Səyyahət etmək üçün ən təhlükəli ölkələrin adları açıqlandı.

0
112

Daily Mail-in verdiyi məlumatda bildirir ki, Liviya və Somali səyahətçilər üçün ən təhlükəli ölkələr kimi tanınıb.

Bir qrup beynəlxalq mütəxəssis turistlər üçün təhlükəli və təhlükəsiz olan ölkələri göstərən interaktiv xəritə tərtib edib.  Reytinq xəritəsi hazırlayarkən üç meyar nəzərə alınıb: yol təhlükəsizliyi, cinayət səviyyəsi və tibbi xidmətin keyfiyyəti.

Liviya və Somali ilə yanaşı, Əfqanıstan və Venesuela üç meyara görə aşağı nəticə göstərib. Yol qəzasına düşmə ehtimalı Venesuela, Tayland, Vyetnam və Afrika ölkələrində ən yüksəkdir. Finlandiyada, Norveçdə və İslandiyada tətil edənlər ən təhlükəsiz tətil keçirə bilərlər.

Skandinaviya ölkələrində qəza, xəstələnmək və lazımi müalicə almamaq, eyni zamanda terror aktının qurbanı olmaq riski minimaldır.