Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

0
145

Rusiyadan Azərbaycana taxıl və taxıl məhsullarının idxalı bu ilin ikinci yarısında 857 min ton təşkil edib.  Trend-in məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.  Azərbaycana ixrac olunan taxılın payı Rusiyanın ümumi taxıl ixracının təxminən dörd faizini təşkil edir.

Azərbaycan Rusiyadan taxıl ixrac edən ölkələr arasında ilk beşlikdə yer alıb.