Belarusla aramızda fikir ayrılığı qalır – Medvedyev

0
144

Rusiya ilə Belarus arasında bəzi məsələlərdə fikir ayrılığı qalmaqda davam edir.

Bunu Rusiya Baş naziri Dmitri Medvedyev Belarusdan olan həmkarı Sergey Rumasla görüşü zamanı deyib. O bu fikir ayrılığının texniki xarakter daşıdığını və bunların həlli üçün dövlət başçılarının razılaşmalı olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarusa lazımi hərbi-maliyyə dəstəyi verməməkdə ittiham edib.