Rusiyada qatar və təyyarələr internetlə təmin olunacaq

0
265

Rusiyada qatarları və təyyarələrin yüksək sürətli internetlə təmin edilməsi planlaşdırılır.

Bu barədə Milli Texnologiya Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, layihələşdirilən simsiz əlaqə sistemi mövcud peyk standartlarına və mobil əlaqələrə (3G, 4G və 5G) uyğun olacaq. Bundan başqa, o, real rejimlə pilotsuz təyyarələri idarə etmək imkanı da verəcək.

“Aeronet”in işçi qrupunun rəhbərlərindən biri Sergey Jukov qeyd edib ki, nəqliyyat vasitələrində şlüz yerləşdiriləcək, hansı ki, istənilən istifadəçilər üçün əlaqənin interfeysi vasitəsilə yüksək sürətli internetə, həmçinin WiFi və 4G-yə qoşulmaq imkanı verəcək.

Əlaqənin yeni sisteminin birinci eksperimental sahəsi 2022-ci ildə açıla bilər.