Daşkənddə narkotiki reklam edən bilboardlar meydana çıxdı

0
263

Daşkənddəki  reklam lövhələrində narkotik reklamı verilib. Polos araşdırması zamanı lövhələri hazırlayanlar sifarişin Rusiyadan aldıqlarını söylədilər.

Cümə axşamı, Daşkənd sakinləri narkotik satışına dair bir internet ünvanını reklam edən bilboardlar gördülər. Bundan əlavə, reklam kampaniyasının müəllifləri vətəndaşları reklam lövhələri fonunda şəkillər çəkməyə və sosial şəbəkələrdə fotoşəkillər yerləşdirməyə çağırmış. Bunun üçün müxtəlif mükafatlar vəd etmişlər. Oxşar reklam lövhələrinə Qazaxıstan və Qırğızıstan şəhərlərində də rast gəlinir.