Rusiya döyüş robotları qrupu yaratmaq istəyir

0
205

Hərbi-sənaye kompleksindəki bir mənbədən verilən məlumata görə, döyüş tapşırıqlarını həll edə biləcək çoxfunksiyalı robot qrupları 2025-ci ilə qədər Rusiyada yaradılacaq. Bu qrupda müstəqil şəkildə, operatorların minimal köməyi ilə beş nəqliyyat vasitəsi işləyə biləcək.

Hal hazırda qrupdakı robotların qarşılıqlı təsir texnologiyaları ilk dəfə 2019-cu ilin oktyabrında robot sistem və komplekslər üçün Magnitogorsk sınaq poliqonunda təqdim olunan Marker eksperimental platformasında hazırlanır.