Erməni jurnalistlər Quba Soyqırımı Memorial Kompleksinə aparılıbmı? – RƏSMİ AÇIQLAMA

0
227

Bir neçə gün bunan öncə Bakıya gələn  erməni jurnalistlərinin Gəncə və Qubaya da səfər etdikləri bildirilir.
Maraqlıdır, Qubaya səfər edən erməni jurnalistləri səfər əsnasında buradakı Quba Soyqırımı Memorial Kompleksi ilə tanış edilibmi?
Yeniavaz.com moderator.az-a istinadən xəbər verir ki, XİN-nin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, belə bir təklif Azərbaycan tərəfindən irəli sürülsə də, Ermənistan XİN-i tərəfindən etirazla qarşılanıb və bu səbəbdən də erməni jurnalistləri Quba Soyqırımı Memorial Kompleksinə aparılmayıb: “Azərbaycan tərəfi proqrama Qubada yerləşən Soyqırımı Memorial Kompleksini təklif etsə də, səfərin təşkilinə məsul olan Ermənistan XİN-i buna etiraz etmiş və nəticədə erməni jurnalistləri bu kompleksə getməmişlər.  Onu da qeyd etmək istərdim ki, Azərbaycan tərəfi hətta erməni jurnalistlərinə Bakıda yaşayan erməni ailələrindən biri ilə görüşməyi təklif etmiş, qarşı tərəf isə bu kimi görüşün, yəni Ermənistanda yaşayan azərbaycanlı ailəsi ilə jurnalistlərin görüşünün təşkil edilməsinin mümkün olmaması səbəbindən bu təklifi də qəbul etməmişdir. Erməni jurnalistlər Heydər Əliyev Mərkəzində İrəvan xanlığı sərgisini görüblər”.