Şoyqu Rusiya ilə Qırğızıstan arasında hərbi əməkdaşlığı yüksək qiymətləndirdi

0
118

Rusiya Qırğızıstana milli silahlı qüvvələrin gücləndirilməsində, respublikada yerləşdirilən hərbi bazasının döyüş potensialının artırılmasında kömək edir, – Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“İkitərəfli münasibətlərin vacib sahələri Qırğızıstan ərazisində vahid Rusiya hərbi bazasının təmin edilməsi və döyüş potensialının artırılması olaraq qalır. Biz Qırğızıstan silahlı qüvvələrinin güclənməsinə kömək edirik” dedi.
Şoyqunun sözlərinə görə, Rusiya ilə Qırğızıstan arasında hərbi əməkdaşlıq “dinamik inkişaf edir”.
“Rusiya-Qırğızıstan koalisiya qüvvələri qrupunun istifadəsi, eləcə də müxtəlif təlimlər zamanı onların praktiki qarşılıqlı əlaqəsi üçün birgə planlaşdırma aparılır”, – deyə Rusiya müdafiə naziri bildirib.
O qeyd edib ki, bu il Qırğızıstan silahlı qüvvələrinin bölmələri “Mərkəz-2019” strateji komandanlıq və şəxsi heyət təlimlərində iştirak edib.