Putin və Zelensky Parisdəki görüşdə qaz məsələsini müzakirə edə bilərlər

0
215

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelensky Parisdəki “Norman sammiti” zamanı qaz məsələsini, iş səviyyəsində həll edilə bilməyən problemlər olduğu təqdirdə müzakirə edə bilərlər. Bu sözləri prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Rusiya ilə Ukrayna arasında mövcud qaz və qaz tranziti müqavilələri bu il başa çatır. Oktyabr ayında Avropa Komissiyasının iştirakı ilə keçirilmiş son üçtərəfli məsləhətləşmələrdə Rusiya tərəfi tranzit məsələsinin paketlə həllinə – Ukraynaya məhkəmə və qaz tədarükü ilə əlaqədar bir mövqe ortaya qoydu, ancaq bu istiqamətdə heç bir irəliləyiş olmadı. Növbəti nazirlər üçtərəfli görüşünün tarixi hələ təyin edilməyib.