Amerikan pilotsuz təyyarəsi Rusiya sərhədlərində kəşfiyyat işləri aparıb

0
279

Rusiya sərhəddində kəşfiyyat işləri həyata keçirən Amerika strateji kəşfiyyat təyyarəsi, PlaneRadar monitorinq resursundan görünüb.
Portalın verdiyi məlumata görə, quyruq nömrəsi 11-2048 və FORTE10 çağırış nişanlı RQ-4B-40 Global Hawk ABŞ Hərbi Hava Qüvvələri Sicilya adasındakı Sigonella NATO hava bazasından havaya qalxdı.

Moskva vaxtı ilə 9: 25-də pilotsuz təyyarə Leninqrad və Pskov bölgələrinin sərhədləri boyunca kəşfiyyat işləri aparıb. Uçuş 16 kilometr yüksəklikdə, saatda 600 kilometr sürətlə reallaşıb.
Xarici təyyarələr mütəmadi olaraq Rusiya sərhədləri yaxınlığında kəşfiyyat işləri aparırlar. Onlar tez-tez Krımda və Krasnodar diyarında, Baltik dənizi üzərində və Suriyadakı Müdafiə Nazirliyinin bazalarının üzərində uçuş keçirirlər.
Bu həftə “Krasnaya Zvezda” qəzetinə görə, 23 xarici təyyarə Rusiya sərhədlərində qeydə alınıb. Sərhəd pozuntularının qarşısını almaq üçün növbətçi hava hücumundan müdafiə qüvvələri 16 dəfə havaya qalxıb.
Müdafiə Nazirliyi dəfələrlə ABŞ komandanlığını bu cür kəşfiyyat əməliyyatlarını dayandırmağa çağırıb, lakin Pentaqon bunu etməkdən imtina etdi.