Rusiyanın bəzi regionlarının sakinlərinin ölkə pasportları ilə Azərbaycana səfər edə bilməsi təklif olunur

0
164

“Rusiyada bu yaxınlarda keçirilən 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışım zamanı Rusiyanın bəzi vətəndaşlarının Azərbaycana özlərinin daxili pasportları ilə gələ bilməsini təklif etmişəm”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.  Onun sözlərinə görə, iki ölkə arasındakı turizm münasibətləri yalnız Rusiyanın mərkəzi ilə deyil, regionları ilə də əlaqələrin inkişafına yönəlib:

“Yaxın vaxtlarda Rusiyanın bəzi regionlarının sakinlərinin özlərinin daxili Rusiya pasportları ilə Azərbaycana səfər edə bilməsi ideyası var. Hazırda bununla bağlı danışıqlar aparılır”.