Moskvada ən çox oğurlanan avtomobillərin adları açıqlandı

0
208

Moskvada ən çox oğurlanan avtomobillər Asiya istehsalı olan avtomobillərdir.
Bu ilin yanvar-oktyabr aylarında Yaponyanın Toyota avtomobilləri digərlərindən daha çox oğurlandı, 221 dəfə federal axtarışa verildi.
İlk üçlükdə iki Koreya markası – Kia (156) və Hyundai (140) yer alıb. Bundan əlavə, ilk onluğa VAZ (85), Mazda (75), Lexus (61), Ford (53), Nissan (45), BMW və Renault (hər biri 39) gəldi.
Bir il əvvəl Mersedes avtomobil oğruları arasında ən populyar avtomobillər siyahısında lider idi.