Putindən texnologiya nəhənglərinə zərbə – Qanunu təsdiqlədi

0
173

Rusiya prezidenti Vladimir Putin  elektron avadanlıqlara qabaqcadan rus dilində proqram təminatının yazılmasını nəzərdə tutan  qanunu təsdiqləyib.

Bununla da rus proqram təminatı olmayan “texniki inkişaf etmiş avadanlıqlar”ın 2020-ci ilin iyulun 1-dən ölkə ərazisində satışına qadağa qoyulub. Həmin məhsulların siyahısını Rusiya hökuməti özü təyin edəcək. Qanun layihəsinin smartfonlara, “smart” funksiyalı kompüter və televizorlara tətbiq olunacağı gözlənilir. Sənədin müəlliflərinin fikrincə, yeni sənəd Rusiyanın biznes maraqlarını müdafiə edir.