Ukraynada bir pişik körpəni öldürdü

0
302

Ukraynanın Vinnitsa bölgəsində bir pişik doqquz aylıq bir qızı boğdu. Bu barədə yerli polis bölməsində məlumat verilib.
Noyabrın 30-da qızın anası yuxuda olan uşağını evinin həyətindəki uşaq arabasında qoyub və ev işləri ilə məşğul olub. Qayıdanda qadın uşağın üstündə  pişik olduğunu görüb.
Məhkəmə tibbi ekspertizası uşağın asfiksiya nəticəsində öldüyünü, bədənindəki digər xəsarətlərin tapılmadığını göstərdi. Psixoloqlar qızın valideynləri ilə işləyirlər.
Polis hadisə ilə əlaqədar cinayət işi açıb.