Makron Avropanın sabitliyi üçün Rusiya ilə dialoqa çağırıb

0
194

 

Fransa lideri Emmanuel Makron ABŞ lideri Donald Tramp ilə görüşdə Avropada sabitliyi təmin etmək üçün, yenidən Rusiya ilə strateji dialoq üçün çıxış edib.
Eyni zamanda Makron Rusiya ilə heç bir problemin olmadığını vurğuladı.
“Düşünürəm ki, bir tərəfdən Avropada sabitlik, digər tərəfdən münaqişələrin azaldılmasını istəyiriksə, Rusiya ilə strateji dialoqa başlamaq lazımdır. Bu məsələyə heç bir sədəlövlük olmadan yanaşmaq lazımdır” – Fransa lideri Emmanuel Makron ABŞ prezidenti Donald Trampla birgə təşkil olunmuş mətbuat konfransı zamanı bildirib.
Qeyd edək ki, Emmanuel Makron bir neçə dəfə Avropa ölkələrini Rusiya ilə birgə dialoqa çağırıb.