Mixail Boqdanov Misir səfiri ilə görüşüb

0
201

 

Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov Misir Respublikasının Moskvadakı səfiri İhab Nəsrəni qəbul edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verdi.
Məlumata əsasən, görüş zamanı Yaxın Şərq və Şimali Afrikadakı böhranlı vəziyyətlərin həllinə kömək etmək üçün Moskva ilə Qahirə arasında regional arenada koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə edilib. Liviya və Livandakı mövcud vəziyyətə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Oktyabrın 17-dən bəri Livan hökumət əleyhinə nümayişlər keçirilir. Etirazçılar iqtisadi islahatlar və korrupsiyada iştirak edən bütün vəzifəli şəxslərin mühakimə olunmasını tələb edirlər. Saad Hariri hökuməti oktyabrın 29-da istefa verməsinə baxmayaraq, ölkə boyunca ixtişaşlar səngimir.