Avropa parlamenti Rusiya diplomatlarının Almaniyadan qovulmasına münasibət bildirib

0
196

Almaniya hökuməti, rusiyalı diplomatların ölkədən qovulması ilə bağlı vəziyyətdə son dərəcə diqqətli davranmaq üçün çox səy göstərdi, lakin alınan məlumatlar diqqətdən kənarda qala bilməzdi. Bunu jurnalistlərə açıqlamasında Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvü Reinhard Butikofer söyləyib.
“Federal hökumət bu vəziyyətdə son dərəcə ehtiyatlı və əsaslı hərəkət etmək üçün çox səy göstərdi. Lakin alınan məlumatlar göz ardı edilə bilməz. Federal hökumətin qərarına tam etibar edirəm”, – deyə Butikofer.
Bundan əvvəl, Almaniya Xarici İşlər Nazirliyi, Gürcüstan vətəndaşının öldürülməsi ilə əlaqədar Berlindəki Rusiya səfirliyinin iki işçisini ölkədən qovub.
Qeyd edək ki, bu ilin avqust ayının sonunda naməlum şəxs Moabit ərazisində bir nəfəri başından gülləliyərək öldürüb. Berlin prokurorları avqustun 24-də Moabit rayonunda 40 yaşlı Gürcüstan vətəndaşının 49 yaşlı Rusiya vətəndaşı tərəfindən öldürülməsini iddia edərək, onu şübhəli şəxs qismində saxlayıb.