Moskva məhkəmələrində partlayıcıların olması barədə məlumat təsdiqlənmədi

0
468

Mütəxəssislər partlayıcı qurğu yerləşdirildiyi iddi edilən Moskvanın bütün 13 rayon məhkəməsində və təhsil müəssisələrində yoxlamanı başa çatdırdılar.
Yoxlama-axtarış tədbirləri nəticəsində heç bir təhlükəli əşya aşkarlanmadı.
Bu barədə Moskvanın fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verdi.
Onun sözlərinə görə, yalnız Paustovski küçəsindəki 1561 nömrəli məktəbdən 530-dan çox insan təxliyə edilib. Xalq Hərəkatı küçəsindəki 1522 nömrəli məktəbdən – isə təxminən 700 nəfər evakuasiya edilib.
Qeyd edək ki, bir neçə saat öncə paytaxtın 13 məhkəməsində və bir məktəbində partlayıcı qurğuların olması barədə məlumat daxil olub.