Nauseda: Litva Rusiya və NATO dialoqunun təşəbbüskarı olmağa hazırdır

0
230

Şimali Atlantika Alyansı ilə Rusiya arasında daha fəal dialoqun qurulması mümkündür, Litva təşəbbüskarlardan biri olmağa hazırdır. Belə bir bəyanatla Litva prezidenti Gitanas Nauseda çıxış edib.
“Rusiya öz tərəfindən xoş niyyət nümayiş etdirəcək addımlar atarsa, dialoq çox intensiv ola bilər. Litva belə bir dialoqun təşəbbüskarlarından biri olmağa hazırdır”, – deyə Litva lideri NATO sammitindən sonra bildirib.
Prezident NATO ilə Rusiya Federasiyası arasındakı hazırki münasibətləri durğun olaraq xarakterizə etdi.
Onun sözlərinə görə, alyansın bəzi dövlətləri Rusiyanı öz ölkələrinə təhdid olmadığına inanır və onunla daha fəal dialoq yaratmaq istəyirlər.