Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 2020-ci ilin əvvəlində keçiriləcək

0
1299

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gələn ilin əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsinin həlli üçün görüş keçirəcəklər. Tərəflər arasında belə bir razılıq artıq alınmışdır.
Bratislavada cümə axşamı ATƏT Nazirlər Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin həlli üçün görüş keçirildi.