Hələbdə avtomobildə bomba partlaması nəticəsində 5 türk əsgəri öldü

0
1327

Avtomobil karvan keçərkən partladılıb

Hələb əyalətinin şərq hissəsində bomba yüklü avtomobilin partlaması nəticəsində azı beş türk əsgəri şəhid olub.

Hadisə, Jarablus şəhərində meydana gəldi. Türk karvanı Jarablus’un şərqində yerləşən hərbi bazaya dönən zaman baş verib.

Partlayış nəticəsində daha 12 türk əsgəri yaralanıb. Bütün qurbanlar Türkiyədə yerləşən bir xəstəxanaya təxliyə edildi.