Lavrov: Rusiya Liviyada dialoqun bərpa olunmasının tərəfdarıdır

0
117

 

Rusiya hərbi əməliyyatların dayandırılmasını və Liviyada dialoqun bərpa olunmasının tərəfdarıdır. Belə bir bəyanatla Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov çıxış edib.
Liviyadaxili münaqişənin sülh yolu ilə həllinə alternativ görmürük, burada əhatəli milli dialoqa ehtiyac var. Buna ümid cənab Sarraj və cənab Haftar arasındakı təmasdan yaranıb. Bu ilin fevral ayında Abu Dabidə bütün liviyalıların bir araya gəlmələri üçün edilməli olan islahatlar barədə razılıq əldə olunub . Təəssüf ki, bu razılaşmalar yerinə yetirilmədi və vəziyyət daha da qızışdı” – rusiyalı nazir, İtaliyanın xarici işlər naziri Luigi Di Mayo ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatların dayandırılmasını və BMT Təhlükəsizlik Şurasında razılaşdırılmış parametrlərə uyğun olaraq dialoqun tam şəkildə davam etdirilməsinin tərəfdarıdır.