Putin və Netanyahu arasında telefon danışığı baş tutub

0
213

Rusiya prezidenti Vladimir Putin və  İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutdu. Danışıq zamanı Suriya istiqamətində iki ölkə arasında qarşılıqlı əlaqələr müzakirə olunduş Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
“İkitərəfli gündəmdəki bir sıra aktual məsələləri, o cümlədən Rusiya prezidentinin 2020-ci ilin yanvarında İsrailə planlaşdırılan səfəri müzakirə edildi. Bundan əlavə, Suriya istiqamətində Rusiya-İsrail qarşılıqlı fəaliyyətinə də toxunulub” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.